“Vitr Fitnes” və Altes Şirkətlər Qrupu barışdı - Yola davam
Altes Şirkətlər Qrupu ilə "Vitr Fitnes” idman klubu arasinda baş vermiş və böyük narazılıqlara səbəb olmuş mübahisəyə qarşılıqlı razılaşmaya əsasən son qoyulmuşdur.
Miq.Az-ın verdiyi xəbərə görə, bu barədə hər iki şirkətin rəsmi Facebook səhifəsində məlumat verilib.
Məlumatda bildirilir ki, bu məsələ ilə bağlı bir çox nüfuzlu şəxslərin tərəfləri barışdırmaq və əməkdaşlığın yeni istiqamətlərini müəyyən etmək üçün etdikləri cəhdlər və xahişlər müsbət nəticə vermiş və mübahisəyə istər hüquqi, istərsə də faktiki nöqteyi- nəzərdən son qoyulmuşdur.
"Vitr Fitnes” idman klubuna icarəyə verilmiş qeyri yaşayış sahəsindəki tikinti-texniki və digər çatışmamazlıqlar aradan qaldırılmışdır.
Qeyd edək ki, "Vitr Fitnes” idman klubu Altes Plazanın binasında icarə əsasında fəliyyət göstərirdi. Tərəflər arasında yaranan mübahisə nəticəsində idman klubunun fəaliyyətində ilin əvvəlindən bəri fasilə yaranmışdı.
Miq.az