“WhatsApp” proqramında yeni funksiya istifadəyə verilib

“WhatsApp” proqramında yeni funksiya istifadəyə verilib

Məlumat mübadiləsi üçün populyar "WhatsApp" xidməti avtorizə üçün mobil telefon nömrəsindən istifadə etməsi müəyyən problemin yaranmasına səbəb olur. Belə ki, nömrəni dəyişəndə bütün kontaktları bu barədə xəbərdar etmək tələb olunur. "WhatsApp" mütəxəssisləri bir neçə il sonra məhz həmin problemin həllinə nail olublar.

AZƏRTAC xəbər verir ki, "Windows Phone" və "Windows 10 Mobile" əməliyyat sistemləri üçün proqramın beta versiyasında aktivləşdirmə zamanı bütün kontakt və qrupları avtomatik şəkildə nömrənin dəyişməsi barədə məlumatlandıran funksiya istifadəyə verilib.

Şirkətin yaydığı məlumata görə, funksiyanın quraşdırılması zamanı yeni nömrə haqqında bildirişin kimə çatacağını seçmək olar. Bu, siyahıdakı bütün kontaktlar və ya istifadəçinin ünsiyyətdə olduğu konkret şəxslər ola bilər. Qeyd edək ki, funksiyanın avtomatik işə düşməsi söndürüldüyünə görə onu əlavənin sazlamasında aktivləşdirmək lazımdır.

"WhatsApp" beta versiyasını quraşdırmazdan əvvəl stabil versiyanın ləğv olunması tələb olunur. Bundan başqa, beta versiyasında müəyyən səhvlər olsa da, yeni funksiyadan digər istifadəçilərdən tez yararlanmaq mümkün olur.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az