İyulun 29-da dünyada yeni "Windows 10" əməliyyat sisteminin satışına başlanılıb. Bu barədə "Microsoft" korporasiyasının məlumatında deyilir.
Vətəninfo.az-ın məlumatına görə, AZƏRTAC "lenta.ru" saytına istinadla xəbər verir ki, "Windows 7" və "Windows 8.1" sistemlərinin idarəetməsi ilə işləyən kompyuterlərdə yeni platformanı il ərzində pulsuz quraşdırmaq mümkün olacaq. Digər qurğular üçün nəzərdə tutulan "Windows 10"nun bazara sonradan çıxarılacağı gözlənilir. Korporativ versiyalarda - "Windows 7" , "Windows 8/8.1" və "Windows RT/RT 8.1" korporativdə isə yenilənmələr ödənişlidir.
"Microsoft"un əməliyyat sistemləri üzrə vitse-prezidenti Terri Mayersonun sözlərinə görə, "Windows 10"nun quraşdırılacağı qurğuların sayı 2018-ci maliyyə ilinədək 1 milyardı ötəcək.
Qeyd olunub ki, "Windows 10"da əvvəlki "Start" menyusu yenidən yer alacaq və "Cortana" səsli köməkçisi quraşdırılacaq. Onu səsli və ya mətnli komandalar vasitəsilə idarə etmək mümkün olacaq. "Cortana" həmçinin istifadəçinin "Windows" sistemli müxtəlif qurğularda işi bərpa etməsinə imkan verəcək. "Windows Hello" biometrik identifikasiya sistemi kompyuterə şəxsi mobil qurğularda biometrik autentifikasiyanın köməyi ilə parolsuz daxil olmağa imkan yaradacaq. Yeni platformada daha bir yenilik isə "Office 2016" ofis əlavəsi və "Microsoft Edge" brauzerinin quraşdırılmasıdır.
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Elmar Vəliyevə məxsus Ticarət Mərkəzi satışa çıxarıldı: ŞOK QİYMƏT