Xaliq Bahadır: “İctmiai Palata parçalanacaq”

Xaliq Bahadır: “İctmiai Palata parçalanacaq”

”Prezident seçkisi yaxınlaşdıqca İP-dən 5 namizəd çıxacaq”

İctimai Palatanın aprelin 8-nə təyin etdiyi mitinqlə bağlı qurumda fikir ayrılığı var. Bəziləri bunu razılaşdırılmış yerdə keçirmək istəyir, digərləri isə müraciətdə qeyd olunan yerlərin birində təşkil olunmasını vacib sayır. Həmçinin o iddialar da var ki, İP-in istədiyi yerlərə mənfi cavab verilərsə, onda buna etiraz olaraq meriyanın qarşımsındja aksiya keçirilsin. Digər müzakirə olunan əsas məsələlərdən biri vahid namizədlə bağlıdır. Bu barədə İctimai Palata daxilində ciddi fikir ayrılığının olduğu deyilir. Əsasən də Müsavat və AXCP arasında namizəd məsələsi ilə bağlı ziddiyyətlərin olması İP-in parçalanma ilə nəticələnəcəyi ehtimallarını artırır. AXCP Rəyasət Heyətinin və İP-in üzvü Xaliq Bahadırla söhbətimizdə gedən prosesləri müzakirə etdik.

- Bu il yanvarfn 8-dən etibarən İctmai Palataya aid olan bir sıra məsələlərə qoşulmuram. Bunun da səbəbləri bəllidir.

- Prosesdən uzaqlaşmağınızın səbəbləri nədir?

- İctimai Palata ilə bağlı proseslərdən uzaqlaşmağımın səbəbi bu qurumun Koordinasiya Şurasına saxta seçkilərin keçirilməsidir. Saxta seçki yolu ilə hakimiyyətin ələ aldığı bir sıra insanlar şuraya seçiliblər.

- Hakimiyyətin ələ aldığı insanların adlarını çəkə bilərsiniz?

- Mən onların adllarını dəfələrlə çəkmişəm. İctimai Palata yarananda həmin insanların kim olduğu bəlli idi və bunu dəfələrlə bəyan etmişəm. Ona görə də Koordinasiy Şurasının buraxılmasını istəmişəm. Həmçinin tələb etmişəm ki, demokratik yolla legitim Koordianasiya Şurasf formalaşsın. Yanvarıfn 8-də Koordinasiya Şurasına seçkilər keçirilib və həmin adamar yenidən yüksək səs çoxluğu ilə ora üzv seçiliblər. Mən seçkidən qabaq çıxış etmişəm və bildirmişəm ki, keçirilən seçki saxtalaşdırılacaq. Yəni mənim əlimdə faktlar var idi və ona görə də əvvəlcədən həmin ifadələri işlətmişəm. Mənim dediyimi kimi də qeyri demokritk seçki keçirildi. O insanlar ki cəbhə hakimiyyətinin yıxılmağında, indiki hakimiyyətin qurulması və möhkəmlənməsində rol oynayıblar, həmin şəxslər Koordinasi ya Şurasına seçiliblər. Mən başlanğıcda buna qarşı çıxmışam. Bu gün də həmin səbəblərə görə İctimai Palatanın yığıncaqlarını baykot edirəm. Üzv kimi qalıram və mübarizəmi davam etdirirəm. Dediyim adamilar Koordinasiya Şurasında qalacaqsa, mən İP-in yığıncaqlarını baykot edəcəyəm. AXC hakimiyyətinin yıxılmasında rol oynamış şəxslər Koordinasiya Şurasından getməlidirlər.

- Son günlər müzakirə olunan əsas məsələlərdən biri də prezident seçkilərinə vahid namizədlə getməklə bağlıdır. Amma bəzi məlumatlara görə İP daxilində bu məsələ ilə bağl gərginliklər var. Xüsusilə, AXCP və Müsavat arasında fikir ayrılıqları hökm sürür. Siz necə düşünürsünüz? Vahid namizəd məsələsi baş tutacaqmı?

- Vahid namizəd msələsi baş tutmayacaq. Mən başlanğıcda - 2010-cu ilin yayında bitr çox çıxışlarım oldu. Həmin çıxışlara görə mənə qarşı kampaniya aparıldı. Mətbuatda mənim hakimiyyətə işləməyim barədə yazılar gedib. İndi siz, və ya hər hansı digər bir jurnalist mənim 2010-cu ildə yazdıqlarıma baxsanız, onun bu gün doğru olduğuna, dediklərimin baş verdiyinə şahid olarsınız. O adamlar ki, məni hakimiyyətə işlməkdə günahlandırırdılar, onlar özləri bu gün hakimiyyətə işləyirlər. Özdə bu gün yox, çoxdan hakimiyyətin mənafeyi üçün çalışırlar. Bu gün ortada olan birilk taktiki xarakter daşıyır, strateji birilk deyil. Mən həmişə demişəm ki, biz strateji birlik yaratmalıyıq. Bu gün ortada taktiki birlik hökm sürdüynə görə vahid namizəd problemi öz həllini tapa bilməyəcək. Seçkiyə yaxınlaşdıqda konfliktlər dərinləşəcək, 2-3, bəlkə də 5 namizəd çıxacaq. Mən bunu indidən görürəm və əvvəldən də buna qarşı çıxmışam. 20 ildir ki taktiki birliklər yaradırıq. Ona görə də heç bir uğur qazana bilmirik.

- 2 və daha artıq namizəd parçalanaya gətirib çıxarmyacaq ki?

- Sözsüz ki, parçalanma olacaq. Əgər vahid namizəd məsələsi alınmayacaqsa, bu artıq parçalanma deməkdir. Amma bu gün hamı dəqiq bilir ki, İctimai Palatada 2 namizəd var. Onların da arasında ciddi çarpışma gedir və bu qarşıdurmanın da 20 illik tarixi var. 20 ildir ki bu insanlar uzlaşmaya gələ bilmirlər. Təbii ki, indi də gələ bilməyəcəklər.

- Müzakirə olunan məsələlərdən biri də bitərəf namizəd məsələsidir. Bu reallaşarsa, sizcə uğur qazanmaq olar?

- Təbii ki. Mən bu barədə dəfələrlə yazmışam. Bildirmişəm ki, bu adamlar 20 il uzlaşmaya gələ bilməyiblərsə, bircə yol var ki, namizəd kənardan olsun. Təbii ki, amibisiyalı şəxslər buna da razı olmaycaaqlar. 2000-ci ildə Yuqoslaviyada belə olub. 17 müxalifət partiyası birləşdi, öz aralarından namizəd seçə bilmədilər. Büna görə də kənardan-universitetdə müəllim işləyən bir ziyalını namizəd seçdilər. Bizdə də belə olmalıdır. Bunun başqa bir yolu yoxdur. 20 il razılığa gələ biməyənlər indi birləşcəklər? Ona görə də bir yol qalır, kənardan kiminsə namizədliyini irəli sürmək. Azərbaycanda belə insanlar çoxdur. Akademiyada, Ziyalılar Forumunda, universitetdə belə şəxslər var və onlarından birinin namizədliyini irəli sürmək olar.

- Aprelin 8-nə təyin olunan mitinqlə bağlı fikirləriniz necədir? Sizcə mitinq baş tutacaq?

- Mən bu məsələlər qatılmıram və özüm də mitinqə qatılmayacağam.

Əli Zülfüqaroğlu



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az