Xalq şairinin ikinci ayağı da kəsiləcək

Xalq şairinin ikinci ayağı da kəsiləcək
Xalq şairi Söhrab Tahirin səhhəti ilə bağlı xəbər var. 

Miq.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, 89 yaşlı şair ikinci dəfə Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunacaq.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza "Qafqazinfo”ya açıqlamasında şairin ikinci ayağının da amputasiya ediləcəyini söyləyib:

"Artıq məlumdur ki, Söhrab Tahir səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilib. Şairin sağ ayağı daha əvvəl amputasiya edilmişdi. Bir neçə saat əvvəl şairin həkimi Samirə xanımla əlaqə saxladım. Söhrab Tahirin səhhəti sabitdir, sadəcə olaraq zəruriyyətdən onun ikinci ayağı da amputasiya ediləcək. Yəqin ki, əməliyyat bu günlərdə baş tutacaq. Bu əməliyyat şairin səhhəti üçün çox vacibdir”.

Xatırladaq ki, bu ilin mart ayında xalq şairinin sağ ayağı çürümə səbəbindən amputasiya edilmişdi.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az