Xankəndidəki qondarma abidə söküldü

Xankəndidəki qondarma abidə söküldü

Xankəndidə qoyulmuş "artsaxın açarı” adlı qondarma abidə bu gün sökülüb.

Miq.Az xəbər verir ki, bu barədə Xankəndidəki separatçılar məlumat yayıb.

"Son günlərdə "Biz və bizim dağlar” kompleksinin ərazisində ucaldılmış abidə ziddiyyətli fikirlər və ictimaiyyətin birmənalı olmayan münasibəti nəzərə alınaraq söküldü”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, magiya simvollarını özündə əks etdirən "abidə”nin satanist işarələri əks etdirdiyi iddia edilirdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az