Xankəndidən Bakıya ağrılı foto göndərildi - Görün nə baş verir
Azərbaycanın Xankəndi şəhərinin Feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsinə foto göndərilib.
Miq.Az Globalinfo.az-a istinadən xəbər verir ki, fotoda sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində ekoloji terrorun davam etdiyi aydın görünür.
"Fotonu Xankəndidəki izləyicimiz göndərib. "Sülhməramlılar” Qarabağımızda ekoloji terrora göz yumurlar!” – səhifədəki paylaşımda bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı monitorinq təxribat nəticəsində baş tutmayıb.