Xanlar Vəliyev andiçmədə bunları SÖYLƏDİ

Xanlar Vəliyev andiçmədə bunları SÖYLƏDİ
Konstitusiya Məhkəməsinə hakim təyin olunmağımla bağlı Milli Məclisə müraciət etdiyinə görə möhtərəm Prezidentə dərin minnətdarlığımı bildirirəm. 

Modern.az xəbər verir ki, bunu sabiq hərbi prokuror Xanlar Vəliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı andiçməsi zamanı bildirib. 

"Eyni zamanda, sədr və millət vəkillərinə mənim bu vəzifəyə seçilməyimlə bağlı səs verdiyinə görə təşəkkürümü bildirirəm. 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, məsələlərin müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm”, - deyə X.Vəliyev bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az