Xəzər TV-nin müxbirinin çantası belə oğurlandı - VİDEO

Xəzər TV-nin müxbirinin çantası belə oğurlandı - VİDEO
Bakıda jurnalist Ülkər Qasımqızının çantası oğurlanıb.
 
Miq.az report-a istinadən xəbər verir ki, hadisə fevralın 28-i Qara Qarayev prospekti 39/47 ünvanında "Oskar” mebel salonunun qarşısında qeydə alınıb.
 
Ü.Qasımqızının sözlərinə görə, toyu ərəfəsində mebellərə baxmaq üçün həmin salona giriblər: "Maşının qapıları örtülü olsa da, açar ilə bağlanmamışdı. Mebel salonunda olmağımızdan istifadə edən naməlum şəxs avtomobilin arxa oturacağına qoyduğum çantamı götürərək qaçıb. Çantamda mənə məxsus şəxsiyyət vəsiqəsi, evin 2 açarı, maaş kartım, nişanlımın Gürcüstan Respublikasına məxsus ümumvətəndaşlıq pasportu, anama məxsus maaş kartı və digər əşyalar var idi”.
 
Zərərçəkən şəxs Nizami Rayon 25-ci Polis Bölməsinə məlumat verdiyini, hadisənin görüntülərini polisə təqdim etdiyini deyib.
 
Qeyd edək ki, Ülkər Qasımqızı "Xəzər” televiziyasında müxbir vəzifəsində çalışır.
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az