Xınalıq yolu bağlandı-10-a yaxın kəndlə əlaqə kəsildi

 Xınalıq yolu bağlandı-10-a yaxın kəndlə əlaqə kəsildi
Tonlarla ağırlığı olan qayalar Xınalıq yolunu bağladı

10-a yaxın kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Ötən gün Qusar rayonunda baş verən torpaq sürüşməsindən sonra bu gün Qubada da eyni hal qeydə alınıb. ANS PRESS-in məlumatına görə, gecə saatlarında Quba-Xınalıq yolunda sürüşmə qeydə alınıb. 

Tonlarla çəkisi olan daşlar sürüşərək yola tökülüb. Bəzi daş, qaya parçalarının çəkisi 15-20 tona yaxındır. 

Sürüşməyə səbəb isə son günlər müşahidə edilən intensiv yağışlar olub. Adıçəkilən yol sürüşməyə meyilli ərazidir və müntəzəm olaraq qaya, daş parçaları axıb gələrək yola tökülür. 

"Azəravtoyol” ASC-nin sahə rəisi Bilal Sultanovun ANS PRESS-ə verdiyi məlumata görə, yolun 37-ci km hissəsi bağlanıb. Nəticədə 8-9 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Ötən gün baş verən sürüşmə nəticəsində Qusar-Kuzun yolunun kəndin girəcəyindəki hissəsi tamamilə bağlanıb və bununla da sakinlərin rayon mərkəzilə nəqliyyat əlaqəsi kəsilib. 

Dərhal  "Azəravtoyol” QSC-nin yerli idarəsinin canlı qüvvəsi və iki texnikası sürüşən yola cəlb olunub. Yolun açılması istiqamətində işlərə başlanılıb. Qurumdan da sürüşməyə səbəb kimi rayonda yağıntının miqdarının çox olması bildirilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az