Xoş xəbərlər ard-arda gəldi – Türkiyədə sevindirən gəlişmə

Xoş xəbərlər ard-arda gəldi – Türkiyədə sevindirən gəlişmə

Antalyanın Qazipaşa, Mərsinin Silifkə və Muğlanın Bodrum rayonlarında meşə yanğınları nəzarət altına alınıb.

Miq.Az xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli açıqlama verib.

Nazirin sözlərinə görə, 28 iyul - 1 avqust tarixləri arasında baş verən 112 meşə yanğınından 107-si nəzarət altına alınıb.

Davam edən 5 yanğının qarşısının alınması üçün işlər davam edir.

Pakdəmirli Mərsinin Silifkə, Muğlanın Bodrum və Antalyanın Qazipaşa rayonlarında iki gündür davam edən yanğınlarının nəzarətdə olduğunu açıqlayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az