Xüsusi reys: Muradov Bakıdan İrəvana kimin meyitini aparıb?

Xüsusi reys: Muradov Bakıdan İrəvana kimin meyitini aparıb?

Ermənistan Müdafiə Nazirliyi Rusiyanın Cənub Hərbi Dairəsinin komandanının müavini, general-leytenant Rüstəm Muradovun vasitəçiliyi ilə meyiti xüsusi reyslə Bakıdan İrəvana gətirilən hərbçinin adını açıqlayıb.

Miq.Az xəbər verir ki, söhbət noyabrın 16-da Ermənistanın təxribatı nəticəsində baş verən döyüşlərdə iştirak edən 1990-cı il təvəllüdlü baş leytenant Taron Saakyandan gedir.

"Döyüşlər nəticəsində itkin düşmüş hərbi qulluqçuların tapılması, eləcə də əsirlərin qaytarılması istiqamətində işlər davam etdirilir”, - Müdafiə Nazirliyindən bildirilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az