Yağışlı hava nə vaxtadək davam edəcək? – AÇIQLAMA

Yağışlı hava nə vaxtadək davam edəcək? – AÇIQLAMA
"Ölkədə qeyri-sabit hava şəraiti noyabrın 11-i gündüzədək davam edəcək”.

Bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, sabah - noyabrın 11-i gündüz saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək: "Sabah gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Noyabrın 12-i və 13-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Noyabrın 12-də havanın temperaturu bu günlərdə müqayisədə 2-3 dərəcə yüksələcək”.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az