YAP-sı məsləhət bilsə...

YAP-sı məsləhət bilsə...

Vətəninfo.az  xəbər verir ki, bu il Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərə hələ cidid bir vaxtın qalmsına baxmayarq, mediada parlamentdə təmsil olunan millət vəkillərinin gələcək talehləri ilə bağlı müxtəlif xəbərlər yer almaqdadır. Bu xəbərlər içərisində müəyyən millət vəkillərinin yenidən seçilə bilməməsi daha çox önə çıxır ki, bunlardan biri də millət vəkili Əhməd Vəliyevdi.

“Odlar Yurdu” Univeristetinin rəhbəri,millət vəkili Əhməd Vəliyev  müxbirimizlə söhbətində bildirib ki, son günlər  haqqında yazılanlara sadəcə olaraq gülüşlə reaksiya göstərir: “Bilirsiniz bu yazılanların nədən qaynaqlandığın deyə bilmərəm. Amma bir məsələni diqqətinizə çatdırım ki, mən Yeni Azərbycan Partiyasının üzvü olmaqla bərabər, eyni zamanda da partiyanın fəal üzvülərindənəm. Parlament seçkilərində də üzvü olduğum partiyanın vermiş olduğu qərar və ehtimada görə iştirak etmişəm. Qarşıdakı parlament seçkilərində YAP-nın qərarı olarsa əgər iştirak edim, o zaman partiyanın mənə olan ehtimadını nəzərə alıb seçkidə iştirak edəcəm. Seçkilərdə əgər seçicilər yenidən mənim onların vəkili olmağım üçün səs verərlərsə, o zaman millət vəkili olaraq yeni parlamentdə təmsilçilik hüququ əldə etmiş olacam. Demək istəyirəm ki,  bu yazılıb-cizilənlər bir o qədər əhəmiyyət daşımır. Əsas qərar partiyanındı”. Əhməd Vəliyev Bakıda keçiriləcək 1-ci Avropa oyunları ilə bağlı ölkəmizə qarşı aparılan “qara piar” kompaniyasına da münasibət bildirib. O qeyd edib ki, Azərbaycana qarşı təkcə xaricdə hansısa məkirli oyunlar və planlar hazırlanmır:

“ Belə oyunlar və planlar ölkənin daxilində də müəyyən insanlar,müəyyən qüvvələr tərəfindən hazırlanır. Bunlar o qüvvələrdirlər ki, Azərbaycanın əldə etdiyi naliyyətləri, uğurlu social-iqtisadi addımları, ölkədəki siyasi sabitliyi həzm edə bilmirlər. Bunların əsas qayəsi siyasi sabitliyi pozmaq,ölkədə xaus və anarxiyanın baş verməsinə nail olmaq, Qərbin müəyyən ermənipərəst qüvvələrinin məkirli planlarının baş tutmasına  xidmət etməkdir. Ancaq anlamırlar ki, Azərbaycan 1992-93-cü ildəki zəyif, iqtisadi gücü olmayan ölkə deyil. Ulu öndər Heydər Əliyevin iqtisadi-siyasi və social strategiyasına dayananraq Azərbaycan prezidneti İlham Əliyev tərəfindən uğurlu  inkişaf xətti tutan Azərbaycan çoxdan istədiyi pillələri qalxaraq möhkəm ayaqda dayanıb. Yüz il,min il müstəqillik təcürbəsi olan dövlətlərin bu illər ərzində əldə edə bilmədiyi uğurları Azərbaycan qıssa zaman içərisində əldə edib. 1-ci Avropa oyunları da məhz bu uğurların tərkib hissəsidir. Ona görə də hesab edirəm ki, Azərbaycana məkirli niyyətlərlə baxan xarici və daxildəki müəyyən qüvvələr bu xalqın birlik və bərabərliyi qarşısında öz niyyətlərinə çata bilməyəcəklər”.


Kənan


Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az