Yaşayış binasında yanğın - Sumqayıtda

Yaşayış binasında yanğın - Sumqayıtda
Bu gün səhər saatlarında Sumqayıt şəhərində dörmərtəbəli yaşayış binasında yanğın olub.

Miq.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan mənzilin mətbəxində 1 ədəd plastik pəncərə yanıb və yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 kv.m sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az