Yataq otağında da izlənilirsiniz – İntim videolar belə çəkilir!

Yataq otağında da izlənilirsiniz – İntim videolar belə çəkilir!

Həyatımızın ayrılmaz hissəsinə çevrilən veb-kameralar artıq kabusa çevrilib. Çünki bu kameralar vasitəsilə hər bir insanı istənilən vaxt izləmək mümkündür.  Miq.Az Oxu24.az-a istinadən maraqlı  mövzunu təqdim edir.
2010-cu ildə Kaliforniyada bir qadının başqa bir şəxs tərəfindən izlənilməsi və bu yolla təhdid olunması məsələnin ciddiyətini qabartmışdı. Belə ki, 31 yaşlı bir kişi gənc qadının kompyuter və telefonuna müdaxilə edərək, onun şəxsi görüntülərini yazmışdı. Və bu yolla qadını təhdid etməyə başlamışdı.
Bəs hakerlər kompyuter və ya telefona necə bağlanırlar?
Siz "Skype” və ya digər görüntülü xidmətlərdən istifadə edən zaman hakerlər iş başına keçirlər. Veb-kameraya müdaxilə edirlər. Və hətta siz görüntülü danışığınızı bitirəndən sonra belə hakerlər sizin görüntülərinizə baxa bilirlər. Mətbəxdə, iş yerinizdə, qonaq otağınızda, vanna otağında və hətta yataq otağında da sizi izləyə bilərlər. Sizin şəxsi görüntüləriniz hakerin əlinə keçdikdən sonra onlar şantaja başlayırlar. Belə ki, əvvəlcə kompyuterdən qəribə səslər gəlməyə başlayır. Gecə saatlarında kompyuterdə sizin üçün mahnılar səsləndirir, və yaxud varlığını bildirmək üçün müxtəlif üsullara əl atır. Bu o deməkdir ki, siz artıq tələdəsiniz. O sizinlə əlaqə saxlamağa çalışır və şantaj mərhələsi başlayır. 
Bu, kibercinayətkarlığın bir növüdür.
Ona görə də telefonunuzun və ya kompyuterinizin kamerasının söndüyündən əmin olun. Hər hansı bənzər hadisə ilə rastlaşarsınızsa texniki servislərə müraciət edin. 

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az