Yazarlar narazılıq edirlər

Yazarlar narazılıq edirlər

Oktay

Kulis.az saytı Yazıçılar Birliyinə bu məsələ bağlı sorğu göndərib. 

Sorğuya cavab verən Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu qeyd edib ki, birliyin mənzil komissiyasının sədri, üzvləri, mənzil növbəsinə dayanan yazıçı və şairlərin iştirakı ilə bu gün iclas keçirilib, bəyanat qəbul olunub. 

İclasda qərara alınıb ki, 9 mənzil 36 nəfərə verilsin. Dörd şəxsə bir mənzil veriləcək və mənzillər satılaraq pulu dörd şəxs arasında bərabər bölünəcək. 

Bəyanatda deyilir ki, Yazıçılar Birliyi rəhbərliyinin “Abidə” Tikinti-Mənzil Kooperativi ilə bağladığı müqaviləyə əsasən ayrılacaq 9 mənzilin qruplar üzrə bölünməsi məqsədəuyğun hesab edilir və birliyin mənzil komissiyasının qərarı dəstəklənir. 

Bəyanat müəllifləri növbədə olan bəzi şəxslərin bu məsələ ilə bağlı narazılıq yaratmasını haqsızlıq hesab edərək bölgünü “ədalətli” adlandırıb narazıların iddialarını “əsassız” sayıblar. 

Mətbuat katibi iclasda qəbul edilmiş bəyanata imza atan şəxslərin siyahısını da Kulis.az-a təqdim edib. Onu da qeyd edək ki, bu siyahı həm də mənzil siyahısıdır: 

1. Firuzə Məmmədova (AYB Həmkarlar təşkilatının rəhbəri)

2. Arifə Əliyeva (AYB Kadr şöbəsinin müdiri)

3. Hüseynzadə Sevinc (AYB-də operator)

4. Babışova Arzu (AYB-də operator)

5. Teymurova Tovuz (AYB-də məsləhətçi)

6. Bağırova Gülşən (AYB-nin baş mühasibi) 

7. Bəşirova Qəmər (AYB-nin mühasibi)

8. Atamoğlanova Natəvan 

9. Ayxan Eyvaz 

10. Hamlet Qocayev 

11. Yalçın Qoca (Xalq şairi Fikrət Qocanın oğlu, şair )

12. Sara Rəsulova

13. Akif Hüseynov (Nizami adına Ədəbiyyat İnstitutunun “Müasir ədəbi proses“ şöbəsinin müdiri)

14. Ədalət Əsgəroğlu (AYB-nin mətbuat katibi)

15. Hüseynov Arzu

16. Salam Sarvan 

17. İslamov Adil 

18. Nüşabə Məmmədli

19. İnqilab Rəvan

20. Sədi Fətəlizadə

21. Aydın Xan

22. Kəramət

23. Əliyev Nizami

24. Orxan Fikrətoğlu

25. Xanəmir

26. Şaiq Vəli

27. Suliddin Qasımlı

28. Qəşəm Nəcəfzadə

29. Gülxarə Pənah

30. Dəyanət Osmanlı

31. Əsəd Cahangir

32. İlham Qəhrəman

33. Əkbər Qoşalı

Bəs yazarlar bu haqda nə düşünürlər? 

Yazar Zaur Qəriboğlu təsadüfən saytlarda AYB-nin ev növbəsində olanların siyahısına rastladım. Siyahını diqqətlə nəzərdən keçirib, dəhşətə gəldim. Bu qədər də biabırçılıq olarmı? Azərbaycan Yazıçılar Birliyi yaradıcı təşkilat olduğu halda ev növbəsində dayananların arasında texniki işçilər – operator, mühasib, nə bilim nə... Yazıçılar evsiz qalıb, ev növbəsinə salan yoxdu, texniki işçilər gəlib, bizim yaradıcı təşkilatdan ev növbəsinə durub. Bu necə ədalətdi?! Başqa vaxt ədalətdən, yaradıcı şəxslərə diqqət, qayğıdan danışırlar... İndi durub, əslində yazıçılara veriləcək mənzilləri texniki işçilərə verirlər. Anlamıram bu evləri nə üçün AYB-nə veriblər?! Cavabı özüm verim ki, yaradıcı fəaliyyətlə məşğul olan, ev problemi olan yazıçılar üçün. Siyahıda olan Salam Sarvan, Əsəd Cahangir, Orxan Fikrətoğlu və digərləri ömürlərini ədəbiyyata həsr edib, bir ev ala bilmirlər, amma texniki işçilər heç bir yaradıcılıq fəaliyyətlərio olmaya-olmaya ev alırlar?! Bu necə bölgüdür, anlamıram.... Fikrət Qocanın oğlunun guya evə ehtiyyacı var?! Çoxusunun evi də var. Amma evsizlər qalıb kənarda. Mən bu yaxınlarda ev növbəsi ilə maraqlandım, dedilər növbə dayandırılıb. Mən belə düşünürəm ki, əgər, AYB tezliklə bu siyahıda ciddi dəyişiklik edib, haqqı haqlıya verməsə, daha mənim sözüm yoxdu. Yenə də deyirəm ki, bu biabırçılıqdır ki, şairin yazıçının yerinə AYB-də ev növbəsinə operator vəzifəsində işləyən kimsə dayanıb. Mən əminəm ki, onlar da kimlərinsə adamlarıdır. Çünki elə-belə bu boyda biabırçılığa yol verməzdilər.

Yazar Babək Göyüş Kulis.az saytının Azərbaycan yazıçılar birliyi üzvlərinin mənzil növbəsi ilə bağlı AYB-dən aldığı sorğunun cavabı doğrudan da təkcə yaradıcı insanlar arasında deyil, həm də cəmiyyətdə əks-səda doğuracaq. Və təbii ki, hamını eyni sualın cavabı maraqlandıracaq? Görəsən, adları çəkilən yazarlar və AYB-nin ştatda olan işçiləri indiyədək evsizmi qalıb? Bilirik ki, bunu yoxlamaq bizim kimi adi oxucunun, hətta AYB-nin adi üzvünün səlahiyyətində deyil. Əsil həqiqəqi isə bu siyahını hazırlayanlardan başqa heç kəs bilmir. O baxımdan bu siyahının obyektivliyi haqqında dəqiq söz demək çox çətindir. Ancaq məni burada bir məqam düşündürür. O da ondan ibarətdir ki, 9 mənzilin qruplar arsında bölüşdürülüb pul vəsaiti kimi yazarlara verilməsi çox gülünc səslənir. Belə çıxır ki, yenə də həmin yazarlar evsiz qalacaq, onlara verilən pullar isə bir aradan sonra xərclənib gedəcək. Mənə elə gəlir ki, ya kimlərinsə zəngiylə, ya da tapşırığıyla bura ev almaq üçün salınanlar o evi mütləq almalıdırlar. Guya ki, həmi yazarlara pul vəsaiti vermək AYB üçün çətinliyə çevrilib? Dövlət tərəfindən xeyli miqdarda ayrılan pullar əgər proporsional şəkildə həm qəzet, jurnalların çapına, həm də AYB-nin ştatının saxlanılmasına ayrılsaydı, ondan hər ay ailə şəraiti pis olan yazarlara da mütəmadi olaraq pul ayrılardı. Yoxsa, hər il bir qrup yazara prezident təqaüdü verilməzdi. Elə hər il bu təqaüdlərin verilməsi üçün hazırlanan siyahı da yuxarıda adı çəkilən siyahı kimi qınaq mərkəzinə çevrilməzdi!

Faiq Balabəyli Mən Yazıçılar Birliyinin üzvlərinin evlə təmin olunmasını alqışlayıram. Eyni zamanda bu təşkilatda işləyən texnii işçiləri də təbrik edirəm. Amma dövr əvvəlki dövr deyil ki, yazarlar mənzil şəraitini yaxşılaşdırmaq üçün müraciət edəndə və ev alanda köhnəni təhvil versin. İndi evlər özəlləşdirilib. Məndə evsizəm. və çox istəyirəm ki evim olsun. ama mənim Yazıçılar Birliyində ev növbəsində olmamağıma səbəb Həmkərlar təşkilatının sədri Firuzə Məmmədli oldu. Bu qadın bilərəkdən mənim sənədlərimi Arifə xanımın otağında saxladı və qeydiyyata aldırmadı. Bilmirəm niyə. Ama o qadın məni arxayın etmişdi i sənədlərimi İcraya verib. Özü bilər, Allahı bilər. sonra həbs olundum. qayıdandan sonra isə bir maraqlandım dedi ki sənin sənədində çatışmayan nələrsə varmış. yalan deyirdi. sonra da məlum oldu ki, AYB müvəqqəti sənədlərin qəbulunu dayandırıb. Ama mənim müraciətimlə yenidən prafsayuz ərizəmi müraciət etdi. Firuzə xanım başda olmaqla Prafsayuzun üzvüləri mənim sənədimi qəbul etmədi. səbəb AYB-ninmövcud qəbul etdiyi qərar idi. ümumiyyətlə Firuzə xanım çox yazarın sənədini gecikdirdi və bir çoxunu isə qəbul etmədi. qısası, kimə ki mənzildən pay düşüb, onları təbrik edirəm. sağ əlləri evsizlərin başına. Məsələn Firuzənin evi var, biri də oldu. onu da təbrik edirəm. ama gərək evsizləri də başa düşələr. konkret mənim ev növbəsində olmamağıma səbəb bu xanım oldu. inanmaq istəyirəm i yazarların mənzil problemlərinin yaxşılaşdırılması istiqamətində işlər görüləcək.

Rüfət Əhmədzadə Ayxan Eyvazın orda yer alması meni sevindirdi. Digər hörmət etdiyim imzalar da var. Amma məncə, xaltura etməsəydilər əla olardı. Özünü kifayət qədər təmin edə bilən, normal dolanışığa malik adlar gördüm orda. Mən ev istəmirəm. Mənə şərait yaradın, evimi özüm alım.

Aliq Nağıoğlu Yazarlar ( söhbət sıravi yazardan gedir) kimlər ki, işsizlik, evsizlik, pulsuzluq girdabında çobalayır. Bu məsələni gündəmdə bu qədər fırladınca, elə də siyahıda çox olmayan növbəlilərin hər birinə ev vermək olardı. İndi burda söhbət daha çox evləri satıb pulları bölüşmək kimi müəmmalı vəziyyətə dirənirsə, siyahıya mühasib, katibə, operator salınacaq. Amma bu işdə görünür kifayət qədər şəffaflıq da yoxdur, istər- istəməz narazılıqlar yaranacaq. Əyalət yazarının vəziyyəti daha acınacaqlıdır, çox istedadlılara xırda işlər də verilmir, bəziləri ailəsini bazarlarda göy- göyərti satmaqla zorla dolandırır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az