Yerevanda polis avtobusunu yandırdılar

Yerevanda polis avtobusunu yandırdılar

Yerevanda polis binasını ələ keçirən silahlı qrup "Chevrolet” markalı xidməti polis avtobusunu yandırıb.

Bu barədə Miq.az RİA Novosti nəşrinə istinadən xəbər verir.

"Silahlı dəstə bir neçə dəqiqə əvvəl PPX alayı ərazisində "Chevrolet” markalı xidməti polis avtobusunu yandırıb. Ötən gün axşam isə, dəstə üzvləri polis "Qazel”ini yandırdıqdan dərhal sonra avtomobil təkərlərini küçəyə çıxardılar və ətrafdakı evlərin sakinləri üçün real təhlükə yaradaraq içərisinə güllə qoyub yandırdılar”, - məlumatda bildirilir.

Hüquq-mühafizə orqanları dəstə üzvlərini vətəndaşların sağlamlığı təhlükə yaratmamağa və vəziyyəti gərginləşdirməməyə çağırıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az