Yük qatarı ilə maşın toqquşdu

Yük qatarı ilə maşın toqquşdu

Vətəninfo.az  xəbər verir ki, bu gecə saat 04:00 radələrində Bakının Nizami rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə şahidləri ANS-ə bildiriblər ki, Keşlə qəsəbəsi, “Şanxay” adlanan ərazisində, Pəhlivan Fərzəliyev küçəsində minik maşını yük qatarı ilə toqquşub. Nəticədə qatar maşını bir neçə metr sürüyüb. Qəsəbə sakini Ceyhun Rzayevin verdiyi məlumata görə, hadisə zamanı bir neçə evin həyəti, o cümlədən qaz borusu və elektrik dirəkləri sıradan çıxıb. Hadisə nəticəsində insanlar vahiməyə düşərək çölə axışıblar. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov faktı təsdiqlədi. Onun sözlərinə görə, hadisə qorunmayan keçiddə baş verib.

“Hadisə nəticəsində qaz borusu sıradan çıxıb. Ərazidə qaz sızması baş verib. Hadisə yerinə aidiyatlı orqanların əməkdaşları cəlb olunub. Hadisənin nəticələri aradan qaldırılıb”, - deyə Nadir Əzməmmədov bildirib.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az