Zakir Həsənov hərbçilərin maaşının artırılmasından DANIŞDI

Zakir Həsənov hərbçilərin maaşının artırılmasından DANIŞDI

Azərbaycanda hərbi qulluqçuların vəzifə maaşları, müavinətləri ardıcıl şəkildə artırılır.

Miq.Az xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov mətbuata müsahibəsində deyib.

"Möhtərəm Prezident hərbi qulluqçuların sosial təminatının və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi prosesini sürətləndirdi. Bununla yanaşı, hərbi qulluqçuların vəzifə maaşlarının, müavinətlərinin artırılması da ardıcıl davam etdirilir", - o vurğulayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az