Zakir Həsənova daha bir müavin təyin oluna bilər

Zakir Həsənova daha bir müavin təyin oluna bilər

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikasının müdafiə nazirinə yeni müavin təyin edildihyi məlum olub.

Ölkə Prezidentinin 09.12.2022-ci il tarixli sərəncamı ilə Aqil Səlim oğlu Qurbanov müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə gətirilib.

Bu təyinatdan sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müavinlərinin sayı 6-ya çatıb.

Amma nazir müavinlərinin sayı 7 də ola bilər.

Modern.az-ın Müdafiə Nazirliyinin saytına əsasən verdiyi məlumata görə, hazırda müdafiə nazirinin müavini – şəxsi heyət baş idarəsinin rəisi vəzifəsi boş göstərilib. Bu isə o deməkdir ki, Müdafiə Nazirliyindən daha bir nazir müavini təyinatının şahidi ola bilərik.

Xatırladaq ki, adlarını qeyd etdiyiminz 6 nazir müavini aşağıdakı sahələrə cavabdehdirlər:

General-polkovnik Kərim Vəliyev - 23.07.2021-ci il tarixindən müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.

General-leytenant Nizam Osmanov - 23.07.2021-ci il tarixindən müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

General-leytenant Ənvər Əfəndiyev - 23.07.2021-ci il tarixindən müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.

General-polkovnik Kərəm Mustafayev - 14.05.2014-cü il tarixindən müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub.

General-leytenant Ramiz Tahirov - 14.05.2014-cü il tarixindən müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub.

Aqil Qurbanov - 09.12.2022-ci il tarixindən müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az