Zaur müğənninin hədiyyə etdiyi maşını geri qaytardı - FOTOLAR
Teleaparıcı Zaur Kamal əməkdar artist Yusif Mustafayevin ona hədiyyə etdiyi maşını geri qaytarıb.
Müğənni "Əməkdar artist ad aladığıma görə kim məni təbrik etsə, ona maşın alacağam" sözünü tutub. biq.az xəbər verir ki, O, aparıcı Zaur Kamala 2013-cü ilin buraxılışı olan maşın hədiyyə edib. Lakin bu böyük hədiyyəni Zaur qəbul etməyib:
"Yusif müəllim kişi kimi sözünün üzərində dayandı. Mən də sınayırdım bu kişini. Açarı geri verirəm. Bunu kimə istəsəniz verərsiniz. Amma mən hədiyyəni qəbul etmədim".
Zaur Kamal Xəzər TV-də yayımlanan "Ay Zaur" verilişində maşının açarını geri qaytarıb.
Miq.az