Özbəkistan prezidenti öldü

Özbəkistan prezidenti öldü

Özbəkistan Prezidenti İslam Kərimov bu dəqiqələrdə dünyasını dəyişib.


Axar.az xəbər verir ki, bu haqda məlumatı Ferqana Nyus yayıb.


76 yaşlı prezident Olimpiya çempionlarının şərəfinə keçirilən tədbirdə huşunu itirib xəstəxanaya yerləşdirilmişdi.


Son saatlarda qızı onun insult keçirdiyini və vəziyyətinin gərginləşməsi ilə əlaqədar reanimasiya şöbəsinə yerləşdirildiyi haqda məlumat vermişdi.


Dünyanın müxtəlif ölkələrindən gətirilən həkimlərin səylərinə baxmayaraq İslam Kərimov dünyasını dəyişib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az