Zəfər Konstitusiyasının qəbul olunması mümkündür
Yeni konstitusiya qəbul ediləcək? - Zahid Oruc mümkün HESAB EDİR
Axar.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.
O bildirib ki, "Konstitusiya və Suverenlik ili” çərçivəsində qarşıda bir çox çağırışlar, baxışlar var:
"Bu çağırışlar arasında yeni referendumun keçirilməsi də var. Konstitusiya dövlət quruculuğunun Baş Planıdır, bu anlamda Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür. Yeni konstitusion quruluşlar məsələsi parlamentdə tez-tez qaldırılır. İcra hakimiyyətləri sistemi ilə paralel xüsusi nümayəndəlik institutu formalaşıb. Bu, artıq tək azad edilmiş ərazilərdə deyil, həm də Naxçıvanda tətbiq olunur”.