Zəhranın ölümü ilə bağlı yürüş keçiriləcək

Zəhranın ölümü ilə bağlı yürüş keçiriləcək
Sabah 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən güllələnməsi ilə əlaqədar yürüş keçiriləcək. 

Miq.az xəbər verir ki, Gənclər  və İdman Nazirliyindən lent.az-a verilən məlumata görə, yürüş çoxsaylı gənclər təşkilatları tərəfindən təşkil edilir. Yürüşə  "Bridge Plaza"dan start veriləcək.
 
Yürüş Minsk qrupunun həmsədr ölkələrinin səfirliklərinin qarşısından keçməklə təşkil ediləcək. Yürüş iştirakçıları saat 11.00-da  Rusiya səfirliyinin, 11:20-da ABŞ səfirliyinin, 12:00-da isə Fransa səfirliyinin qarşısından keçəcəklər. 
 
Nazirlik bütün gəncləri aktiv olmağa çağırır.

Qeyd edək ki, Zəhra ötən gecə erməni işğalçılarının Füzulinin Alxanlı kəndini ağır silahlarla atəşə tutması nəticəsində dünyasını dəyişib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az