Zelenskidən gözlənilməz qərar: Müharibəyə hazırlıq başladı

Zelenskidən gözlənilməz qərar: Müharibəyə hazırlıq başladı

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə milli müqavimətin yaradılması və silahlı qüvvələrin sayının 4.4 faiz artırılması, yəni 261 minə çatdırılması haqda sərəncam imzalayıb.

Miq.Az xəbər verir ki, Ukrayna lideri bu qərarın ölkənin təhlükəsizliyi üçün vacib olduğunu deyib.

"Ukraynada milli müqavimətin gücləndirilməsi bir daha 2014-cü il hadisələrinə yol verilməyəcəyinə və Ukraynanın qorunmasının ümummilli vəzifəmiz olduğuna dair güclü siqnaldır”, - Zelenski bildirib.

Sənəddə milli müqavimətin Ukraynanın müdafiəsinin tərkib hissəsi olduğu, vətəndaşların hərbi təhlükəsizliyin təmin edilməsinə, təcavüzün qarşısının alınmasına və düşmənlə mübarizəyə yönəlmiş tədbirlər kompleksini əhatə etdiyi vurğulanıb. Xüsusilə, bu çərçivədə dinc dövrdə insanların əsas hərbi vərdişlərə yiyələnmələri üçün ümumi hərbi hazırlığa cəlb edilməsi planlaşdırılır.

Milli müqavimət hərəkatına prezident rəhbərlik edəcək.

Qanun Ukrayna Silahlı Qüvvələrində ərazi müdafiə qüvvələrinin yaradılmasını da təmin edir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az