Zelinksi ermənilərə qarşı sanksiya tətbiq etdi - FƏRMAN

Zelinksi ermənilərə qarşı sanksiya tətbiq etdi - FƏRMAN

Ukrayna Prezidenti Vladimir Zelenskinin imzaladığı fərmanla ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının qaçaqmalçılıqla əlaqəli hüquqi və fiziki şəxslərə dair 15 aprel tarixli qərarı qüvvəyə minib.
 
Qərarla 13 ölkə vətəndaşına və 95 şirkətə qarşı qaçaqmalçılığa görə sanksiya tətbiq edilib. Fiziki şəxslərin ikisi Rusiya vətəndaşıdır.
 
Siyahıya həmçinin, iki erməni əsilli şəxsin də adı daxil edilib. Onlar Araik Amirxanyan və Tiqran Melkonyandır. Ukrayna vətəndaşlığından məhrum edilən Arayik 2019-cu ildə, Ukrayna vətəndaşlarını qanunsuz yollarla Krım üzərindən Rusiyaya keçirdiyi üçün həbs edilmişdi. Eyni zamanda ona qarşı, Ukrayna müəssisələrinin təxminən 20 milyon qrivna (700 min ABŞ dollarından çox) məbləğində əmlakını qanunsuz ələ keçirməsi ittihamı irəli sürülmüşdü.
 
Digər şəxs - Odessadan olan iş adamı Tiqran Melkonyandır. Onun "Skaylayn” şirkətinə 2018-ci ildə Livandan qaçaqmal yolu ilə siqaret daşınmasına görə cinayət işi açılmışdı. Bir neçə il ərzində Tiqran Melkonyan qaçaqmalçılıq cinayəti üzrə təqib olunub. Fərman Ukrayna Prezidenti Ofisinin rəsmi saytında aprelin 21-də dərc edildiyindən həmin gündən qüvvəyə minib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az