Zəlzələdən ziyan çəkən evlərə baxış keçirilir

Zəlzələdən ziyan çəkən evlərə baxış keçirilir
İmişli rayonunda baş verən zəlzələdən ziyan çəkən evlərin siyahısı dəqiqləşdirilir.

İmişli Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hadisə nəticəsində əsasən köhnə yaşayış evlərində çatlar yaranıb: "İcra hakimiyyətinin memarlıq şöbəsi ziyan çəkmiş evlərin siyahısını hazırlayır. Artıq 10-dan çox evə baxış keçirilib. Bir neçə ictimai iaşə mərkəzinin binası da ziyan çəkib. Lakin hələlik dəqiq say demək çətindir. Çünki müraciətlər davam edir”.

Qurumdan qeyd ediblər ki, siyahı dəqiqləşəndən sonra dəymiş zərərin aradan qaldırılması üçün tədbirlərə başlanılacaq.

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi zəif təkanların davam edəcəyini açıqlayıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az