Ziya Bünyadovun həyat yoldaşı vəfat etdi

Ziya Bünyadovun həyat yoldaşı vəfat etdi
Məşhur tarixçi alim, sabiq millət vəkili, mərhum akademik Ziya Bünyadovun xanımı Tahirə Bünyadova bu gün səhər saatlarında vəfat edib. 

Miq.az bildirir ki, bu barədə modern.az-a Bünyadovlar ailəsinin yaxınları məlumat veriblər.

Mərhumun dəfn mərasiminin Təzəpir məscidində keçiriləcəyi gözlənilir.

Modern.az-a məlum olub ki, Tahirə Bünyadova 91 yaşındaydı. O, son vaxtlara qədər Milli Məclisin kitabxanasında məsləhətçi işləyirdi. Əslən Qarabağdan olan Tahirə xanım Yusif Vəzir Çəmənzəminlinin yaxın qohumudur. O, Moskvada Nərimanov adına Şərqşünaslıq İnstitutunda təhsil almışdı.

Akademik Ziya Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az