"Ziya Hafiz təxəllüsü götürdüyüm yalandır" — Ziya Məmmədov şeir yazmasından DANIŞDI


Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun şeirlər yazdığı iddia olunur.

Sözügedən məsələ ilə bağlı Ziya Məmmədov Unikal.org-a açıqlama verib:

"Mənim şeirlər yazmağımla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Mən ümumiyyətlə bu zamana qədər heç vaxt şeir yazmamışam. Həmçinin Ziya Hafiz təxəllüsü götürdüyüm də yalandır".
Qeyd edək ki,  sosial şəbəkələrdə aşağıdakı şeirlər yayılıb və müəllif kimi Ziya Məmmədov təqdim edilib.

Nəsihət

Aldanma dünyada şərə, yalana.

Dadanma zibaya, zərə, talana.

Nadanın haqqını aqil olana

Zalımın haqqını qula ver, getsin

Həyat dodağıma qonur ah kimi,

Bəzən nəğmə kimi, "Çahargah” kimi,

Nə fərqi qul kimi, ya da şah kimi –

Ömür də bir yoldu, yola ver, getsin

Daraldı dostların sırası, sayı,

İndi dualardı qəlbimin payı,

Hafiz, nə edirsən qızıl sarayı

Aldanma bu keyfə, hala, ver, getsin

*

Artıq payız fəslidir,

Yağış, külək, ayaz…

Könlüm dilə gəlir,

deyir yenə yaz…

Günəş yuxuludur, buludlar gümrah.

Darıxır budaqlarda mandarin, nar,

Qəlbimdə həsrətin kədəri var…

*

Əzizinəm dağdadı,

Arandadı, dağdadı.

Bülbül azıb meşədə,

Gülü isə bağdadı.

Əzizinəm, yar olsun,

Heyva olsun, nar olsun.

Dar gündə həyan olan

Köhnə dostlar var olsun.

Əzizinəm, qalasan,

Yaman günə qalasan.

Ötən günə gün çatmaz,

Günü-günə calasan.
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az