Ziya Məmmədovun oteli söküləcək?

Ziya Məmmədovun oteli söküləcək?

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu, "Garant-Holdinq”in prezidenti Anar Məmmədovun Bakıdakı  33 mərtəbəli hoteli ilə bağlı yeni gəlişmələr var. Nəsimi rayonunda, Həsən Əliyev küçəsində tikilmiş apartamentin fasadı tam dəmir çərçivələrə alınıb.  

Müşahidə onu göstərir ki, adətən bu cür dəmir çərçivələr binaların fasadları dəyişdirilərkən qurulur. Məlumdur ki, ötən ilin  aprelində hotelin üst qatında yanğın olub və bəzi hissələr yararsız hala düşüb.  

Hələ bir müddət əvvəl  belə iddialar vardı ki, Məmmədovlar Bakıdakı "Yelkən-hotel”i (əvvəlki adı "Trump Tower Baku”)Türkiyədən olan bir iş adamına satıb. Yelkən formasında tikilən bina 72 apartament və 189 hotel otağından ibarətdir. Sahələri 84-dən 890 kvadrat metrədək dəyişən 70-dən çox apartamentin uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulurdu. 

Az qala 4 ildir ki, eyni vəziyyətdə qalan hotelin fasadında  xüsusi qurğuların quraşdırılması, ümumiyyətlə, hotelin  sökülə biləcəyi ilə bağlı xəbərləri yenidən aktuallaşdırıb.  Bildirilir ki, o istiqamətdə yolun genişləndirilməsi nəzərdə tutulur. Bu göydələnin strateji baxımdan uyğun olmayan yerdə tikilməsi nəqliyyatın hərəkətini məhdudlaşdırır. Amma hazırda binanın təmirə hazırlandığı, yoxsa söküləcəyi haqda  "Garant-Holdinq”dən heç bir şərh almaq mümkün deyil. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az