Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Loğman Məmmədov işdən çıxarılıb.

Vətəninfo.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Loğman Məmmədov Nəqliyyat Nazirliyininən böyük avtobazalarından birinə rəhbərlik edirdi. Məlumata görə, Loğman Məmmədov təqaüd yaşı çatdığı üçün işdən çıxarılıb. O, Ziya Məmmədovun böyük qardaşıdır.

Nəqliyyat naziri bir müddət əvvəl Loğman Məmmədovun oğlu Rövşən Məmmədovu işdən çıxarmışdı. Rövşən Məmmədov "Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəisi vəzifəsində çalışırdı.

Bu arada nəqliyyat naziri Ziya Məmmədovun bacısı, "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın da tutduğu vəzifədən azad edildiyi barədə xəbər yayılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az