Özlərini jurnalist kimi təqdim edib - Şantaj etdilər

Özlərini jurnalist kimi təqdim edib - Şantaj etdilər
Özlərini jurnalist kimi təqdim edib vətəndaşı ailə üzvləri barəsində rüsvayedici məlumatlar yaymaqla şantaj edən şəxslərlə bağlı cinayət işi açılıb.

Miq.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə barədə Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Mehman Həsənov Daxili İşlər Nazirliyinə müraciət edib.

O bildirib ki, 2015-ci ilin iyun ayından avqust ayınadək özlərini jurnalist kimi təqdim edən Cəlal və Kənan adlı şəxslər onu şantaj edərək pul alıblar. O qeyd edib ki, həmin şəxslər M.Həsənovun özü və ailəsi barədə rüsvayedici məlumatlar əldə etdiklərini deyiblər. Onlara pul verməyəcəyi təqdirdə bu məlumatları internet portallarında yayacaqları ilə hədələyiblər. Həmin şəxslər bu yolla M.Həsənovdan 1 200 manat alıblar.

Faktla bağlı Xətai RPİ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma davam etdirilir.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az