100-dən çox erməni Azərbaycan ərazisinə göndərilir

100-dən çox erməni Azərbaycan ərazisinə göndərilir
100-dən çox Suriya ermənisi Qarabağa köçürülür

Noyabr ayının sonuna qədər daha 100 Suriya ermənisi Ermənistana köçürüləcək.

AzVision.az "Tert.am”-a istinadən xəbər verir ki, bu barədə "Hələb” xeyriyyə təşkilatının rəhbəri Ani Balhyan bildirib. 

Onun sözlərinə görə, indiyə qədər təşkilata 600-ə yaxın Suriya ermənisi müraciət edərək Ermənistana köçmək istədiyini deyib. Onlardan 100 nəfərin köçürülməsi üçün lazımı vəsait tapılıb. 

Suriya ermənilərinin bundan öncəkilər kimi Ermənistan adı altında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə yerləşdiriləcəyi gözlənilir.

Balhyan qeyd edib ki, yaxın zamanlarda onlara Ermənistanın Hələbdəki konsulluğunda viza veriləcək. 

Ümumilikdə Suriyada baş verən vətəndaş müharibəsindən sonra bu ölkədən Ermənistana təxminən 20.000 erməni gəlib. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az