11 yaşlı "gəlin"nin nigahı pozuldu - 13 yaşında ərə gedəcək VİDEO

11 yaşlı

İrandakı qalmaqallı toy videosuna görə valideynlər məhkəməyə çağırılıblar

İranda keçirilən və bütün dünyanın diqqətini çəkən 13 yaşlı qızın toyu ilə bağlı yeni detallar üzə çıxıb. Toy barədə jurnalist Maasih Alinejad məlumat paylaşmışdı. O, Bəhmən əyalətində keçirilən toydakı gəlinin 13 yaşı olduğunu yazsa da, uşağın cəmi 11 yaşında olduğu bəlli olub. Bəy rolunda isə 22 yaşlı gənc olub. 

Məlumata görə, qalmaqallı görüntülər yayıldıqdan sonra valideynlər məhkəməyə dəvət ediliblər. "Gəlin"nin ailəsi iddia edib ki, "cütlük" birlikdə yaşamağa başlamayıb. Onlara hələ tanışlıq üçün zaman verilib. Bu yolla onlar özlərinə haqq qazandırmağa cəhd ediblər. 

İranın əyalət məhkəməsi 22 yaşlı gənclə 11 yaşlı qızın nigahını qanunsuz elan edib. Qərara əsasən bu əlaqə uşağın 13 yaşı olana kimi arzuedilməz hesab edilir. 
[video=http:// ]
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az