Hindistanlı iş adamı Maheş Savani qərbi Qujarat ştatındakı Surat şəhərində 111 yetim cütlük üçün kütləvi toy təşkil edib.
Vətəninfo.az Publikaya istinadən xəbər verir ki, Maheş Savani mərasimin maliyyəsini öz üzərinə götürməklə yanşı hər bir gəlinə 7300 dollar dəyərində cehiz də verib.
“Biz onlara qızıl və gümüş zinət əşyaları, qab-qacaq, elektrik məişət cihazları, geyim və evliliklə bağlı bütün xərclərini vermişik”, - iş adamı bildirib.
Savani həmçinin, qadınların evlilikdən sonrakı xərclərini də öz üzərinə götürüb. Özünü gəlinlərin mənəvi atası adlandıran Savani deyib ki, onların hamiləlik xərclərini də qarşılayacaq.
Savani deyib ki, o, işçilərindən biri qızının toyuna 12 gün qalmış dünyasını dəyişdikdən sonra evlilik mərasimlərini maliyyələşdirməyə başlayıb. “Mən kütləvi nikahlar üçün heç bir ianə toplamıram. Bu mənim şəxsi təşəbbüsümdür. Bir ata üçün qızını evləndirməkdən daha xeyirxah əməl ola bilməz”, Savani əlavə edib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib