16 yaşlı cariyədən qan donduran-AÇIQLAMA
İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin cariyəsi olmuş Zeynat adlı 16 yaşlı qadın terrorçunun yanında yaşadığı müddətdə başına gətirilən dəhşətlərdən danışıb.
Vətəninfo.az CNN-ə istinadən xəbər verir ki, bu telekanala müsahibəsində Zeynat dəhşətli faktlar açıqlayıb. Əsir götürüldükdən sonra bazardan alınaraq şəxsən Əl-Bağdadiyə qulluq üçün aparıldığını deyən 16 yaşlı Zeynatın sözlərinə görə, İŞİD rəhbəri onu döyüb:”Mənimlə dəhşətli rəftar edirdi. Qardaşlarımı və atamı öldürdülər. Anam və bacılarmla başqaları evləndi. Əl-Bağdadi özü kompyuterində mənə başı kəsilən insanları göstərdi”. Ancaq Əl-Bağdadinin onları kölə kimi saxladığı evin açarlarını taparaq qaçmağa müvəffəq olan Zeynat İŞİD liderini onu su şlanqı və kəməri ilə ilə şəxsən döydüyünü deyib:"Məni kəmərlə, su şlanqı ilə döyürdü. İŞİD-ə qoşulmağımı tələb edirdi. Yaşadığım dəhşət indi də məni qorxudur".
Vətəninfo.az