2014-cü ildə təyyarə qəzalarında ölənlərin sayı 762 nəfər olub. Dekabrın 28-i radarlardan itmiş İndoneziyanın AirAsia şirkətinə məxsus hava gəmisinin qəzaya uğraması təsdiqlənərsə, bu rəqəm 924 nəfərə çatacaq.
Vətəninfo.az xəbər verir ki, bununla bağlı Niderlandın Aviasiya Təhlükəsizliyi Şəbəkəsi Reuters-ə açıqlama verib.
Şəbəkənin araşdırmalarına görə, 2005-ci ildə aviaqəzalarda 1014 nəfər həlak olmuşdu. 2014-cü ildə isə 7 təyyarə qəzasında ölənlərin sayı 762 nəfər olub. Əgər İndoneziya təyyarəsində olan 162 nəfərin də həlak olduğu təsdiqlənərsə, 2014-cü ildə mülki aviasiyada insan tələfatı baxımından pis illərdən biri hesab olunacaq. Eyni zamanda Şəbəkənin eksperti Harro Ranter bildirib ki, buna baxmayaraq, digər illərlə müqayisədə 2014-cü ildə mülki aviasiyada bədbəxt hadisələrin sayı az olub.
Bu il Malayziya Hava Yollarına məxsus iki təyyarənin qəzaya uğraması nəticəsində ümumilikdə 537 nəfər həlak olub. Birinci təyyarə martın 8-də radarlardan itib və indiyədək tapılmayıb, digər təyyarə isə Ukrayna üzərində partladılıb. Digər qurbanlar pis hava şəraiti nəticəsində təyyarələrin qəzaya düşməsi ilə bağlıdır.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının məlumatına görə isə uçuşların sayı nəzərə alınarsa, ötən illərlə müqayisədə 2014-cü il qəzaların sayına görə təhlükəsiz il hesab oluna bilər. 2009-cu ildə bir milyon uçuşa 0,67 qəza düşmüşdüsə, 2014-cü ildə bu rəqəm 0,22 olub.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib