Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlar, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 167 dəfə pozub.
Vətəninfo.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, erməni silahlı bölmələri
cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlar,
iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs
rejimini ümumilikdə 167 dəfə pozub.
Ermənistan Respublikası
Noyemberyan rayonunun Barekamavan, Dovex, İcevan rayonunun Paravakar
kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun
Qaymaqlı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Ağstafa
rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Çinari kəndində yerləşən
mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu
ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən
Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz
atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər
rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Yarımca, Ağdam rayonunun Kəngərli,
Yusifcanlı, Nəmirli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Füzuli
rayonunun Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Cəbrayıl
rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy,
Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.