Ermənistan Qarabağı özündə saxlamaq gücündə deyil - ŞOK ETİRAF

Ermənistan Qarabağı özündə saxlamaq gücündə deyil - ŞOK ETİRAF
"Rusiya imperiyası zəifləyir və bölgəmizdən çıxma təhlükəsi ilə qarşılaşdığına görə, başqa bir qanlı yolla bizi özünə birləşdirməyə çalışır. Özümüzü qorumaq üçün bu təhlükəni neytrallaşdırmağın vaxtı gəlib çatıb”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Sasna Çrer partiyasının lideri Jirayr Səfilyan deyib.
Səfilyan Rusiyanın Ermənistana zərər verdiyini bildirib.
Erməni KİV Sasna Çrerin liderinə etiraz edib və ona xatırladıb ki, Rusiya Ermənistanın təhlükəsizliyin əsas qarantıdır:
"Erməni iqtisadiyyatı Rusiya iqtisadiyyatı ilə sıx bağlıdır, Ermənistanda istehlak edilən qaz Rusiyadan alınır. Əgər Rusiya qazın qiymətini Avropa qiymətləri müəyyən edilərsə, onda Ermənistan iqtisadiyyatı çökəcək. Rusiya Ermənistanı silahlandırmaqdan imtina edərsə, İrəvan silah almaq üçün milyardlarla dollar sərf edən Azərbaycanla silah yarışına davam gətirə bilməyəcək. Yəni, Ermənistan Respublikası Rusiyadan çox asılıdır, bura Qarabağ məsələsi də daxildir. Ermənistan Rusiyasız Qarabağı özündə saxlamaq gücündə deyil”.
Erməni KİV Jirayr Səfilyanın bəyanatının Ermənistanın təhlükəsizliyini və Rusiya ilə münasibətləri təhdid etdiyini bildirib.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az