Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO

Əmanətlərin Sığortalanması Fondunda (ADIF) yeni təyinat olub.
 
Qurumdan verilən məlumata əsasən, Cəlal Rayi Fondun Risklərin idarə edilməsi və investisiya departamentinin direktoru vəzifəsinə təyin edilib.
 
Bildirilib ki, Cəlal Rayi 2005-2009-cu illərdə Hindistanın Bangalore Universitetinin biznesin idarə olunması ixtisasını bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 2015-2017-ci illərdə isə ADA Universitetində və Niderlandın Magistr İdarəetmə Məktəbində biznesin idarə olunması ixtisası üzrə xüsusi magistr dərəcəsini bitirib.
 
Əlavə olaraq, o, 2018-ci ildə dünyaca məşhur Qlobal Risk Peşəkarları Birliyi İnstitunun maliyyə riskinin idarə edilməsi ixtisası üzrə sertifikatına sahib olub.
 
Cəlal Rayi 2012-ci ildən bu günədək həm özəl, həm də dövlət təşkilatlarında peşəkar mütəxəssis kimi çalışıb. 
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az