İsraildə ölənlərin sayı 800-ə çatdı
HƏMAS-ın hücumu nəticəsində İsraildə ölənlərin sayı 800-ə yaxınlaşıb. 150-yə yaxın insan isə HƏMAS-ın əlində əsirdir.
Axar.az xəbər verir ki, bunu TASS-a İsrailin Moskvadakı səfiri Aleksandr Ben Tsvi deyib.
"Ən son məlumatlar təəssüf ki, çox ağırdır. 800-ə yaxın insan öldürülüb, 2,2 mindən çox yaralı var. 150-yə yaxın insan girovdur. Bu, son məlumatlardır”, - o bildirib.
İsrail hədələdi: O, artıq meyitdir
HƏMAS-ın bütün hərbi liderləri, o cümlədən əməliyyatın komandiri Yəhya Sinvar məhvə məhkumdur.
Axar.az xəbər verir ki, bunu İsrail ordusunun mətbuat katibi Daniel Haqari deyib.
"Fələstin qruplaşmasının komandiri Yəhya Sinvardır və tezliklə öldürüləcək: o, artıq meyitdir. HƏMAS-ın hərbi və siyasi rəhbərliyi, onun bütün aktivləri təhlükə altındadır, onların sonu çatıb”, - Haqari bildirib.