Bakının səbri daşdı: Bayramov İrəvana barmaq silkələdi

Bakının səbri daşdı: Bayramov İrəvana barmaq silkələdi
Ermənistanın təxribatları onun üçün yaxşı heç nə vəd etmir. 
Miq.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Baku Tv"yə iyulun 20-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Kəlbəcəri atəşə tutmasını şərh edərkən deyib. 

"Hesab edirəm ki, bu, qəbuledilməzdir. Son aylar ərzində iki ölkə arasında sərhəddə stabil vəziyyəti müşahidə edirdik. Normallaşma istiqamətində işlər aparılır. Aprel ayından başlayaraq delimitasiya ilə bağlı müsbət nəticələr görürük. Əgər Ermənistan tərəfi normallaşma, sülh sazişi üzərində irəliləmək istəyirsə, təxribatlardan çəkinməlidir. Azərbaycan Silahlı Qüvvələri bütün sərhəd boyu tam üstünlüyə malikdir", - nazir söyləyib. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az