Parlament seçkiləri ərəfəsində Həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıdan deputat Qalib Salahzadə yenidən Məkkəyə gedib.
Vizual.az xəbər verir ki, bu barədə deputat Modern.az saytına bildirib.
Hacı Qalib qeyd edib ki, Məkkəyə dostları tərəfindən dəvət olunub.
"Hal-hazırda Məkkədəyəm. Dostlarım bura dəvət ediblər. Məqsədim Kəbə evinin içərisinə daxil olmaqdır. Bir dəfə buna nail olmuşam, bu da ikinci dəfədir”.
Artıq 4-cü gündür Məkkədə olan Q.Salahzadə bildirib ki, proses bir həftə çəkəcəyini deyib.
Qeyd edək ki, Milli Məclisin üzvü Qalib Salahzadə 27 dəfə müəqddəs Həcc ziyarətinə gedib. Sonuncu ziyarət Azərbaycanda keçirilən parlament seçkiləri ərəfəsinə - bu ilin sentyabrına təsadüf etmişdi. Lakin hacı Qalib Salahzadə həmin Həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıtmışdı.
Yeri gəlmişkən, 2010-cu il çeçkilərində YAP-ın vahid namizədlər siyahısı əsasında deputat seçilən Qalib Salahzadə bu dəfə hakim partiyanın etimadını qazana bilmədi və parlamentdən kənarda qaldı. YAP onun deputat olduğu dairədən (27 saylı Sabunçu ikinci seçki dairəsi) başqa namizədi Dilarə Cəbrayılovanı dəstəklədi. D.Cəbrayılova artıq deputat seçilib.
Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır. Qalib Salahzadənin deputat kimi səlahiyyəti Milli Məclisin yeni tərkibinin ilk iclas günündə başa çatacaq.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?