28 May Respublika Günü Əddis-Əbəbədə qeyd edilib

28 May Respublika Günü Əddis-Əbəbədə qeyd edilib

Mayın 29-da Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycanın Milli bayramı-28 May Respublika Günü təntənəli şəkildə qeyd edildi. Tədbir Əddis-Əbəbədə yerləşən “Şeraton” mehmanxanasında keçirildi. Tədbirdə Efiopiyanın Baş nazirin müşaviri cənab Dr.Fasil Nahome, XİN-in yüksək rütbəli rəsmiləri, Efiopiyada akkreditə olunmuş 100 yaxın diplomatik münayəndəliklərin başçıları və diplomatları, ölkənin aparıcı media nümayəndələri, Azərbaycan Universitetlərindən məzun olmuş 40 yaxın efiopiya vətəndaşı, Mədəniyyət sahəsinin nümayəndələri və başqaları iştirak etdilər. Tədbirdə “Baku2015 İlk Avropa  Oyunları”na aid foto sərgi təşkil olundu. Qonaqlar tərəfindən sərgiyə böyük maraq göstərildi. Tədbirin əvvəlində Azərbaycan haqqında təqdimat videosu qonaqlara nümayiş etdirildi.

Tədbirdə qonaqları salamlayan Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev Azərbaycan Demokratik Respublikası haqqında qısa məlumat verərək, müasir Azərbaycanın inkişafı və bu inkişafın əsasını Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd etdi. Səfir E.Abdullayev bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın böyük uğurlara imza atdığını və dünyanın diqqət mərkəzinə çevirdiyini bildirdi. O, beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edən Azərbaycanda 12-28 iyun tarixində İlk Avropa oyunlarının keçiriləcəyini vurğuladı və Avropa oyunları barədə məlumat verdi. Səfirin çıxışından sonra “Baku2015” haqqında videorolik qonaqlara təqdim edildi. Efiopiyanın Milli Teatrının rəqs qrupu Azərbaycanın milli rəqsləri olan “Uzundərə”, “Naz eləmə”, və “Yallı” rəqslərini Azərbaycanın milli geyimlərində ifa etdi. Qonaqlar bu rəqsləri böyük coşğu ilə izlədilər. Daha sonra Efiopiya xalq rəqsləri və musiqiləri  Efiopiyanın Milli Teatrının qrupu tərəfindən ifa edildi.

        

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az