“Bandotdel”dən əməliyyat keçirib
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda saxta Amerika dollarının dövriyyəyə daxil edilməsinin qarşısını alıb
"Qafqazinfo"ya DİN-dən daxil olan məlumata görə, Kürdəmir rayonunda anadan olan Elşən Osmanovun saxta dollar əldə etməsi və satmaq istəməsi barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub.
Elşən Osmanov dərhal nəzarətə götürülüb və keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o Nərimanov rayonu ərazisində saxlanılıb. 36 yaşlı Elşən Osmanov 320 ədəd saxta 100 dollarlıq əsginasları 12 min həqiqi Amerika dollarına satmaq istəyərkən cinayət başındaca tutulub. Ondan 32000 saxta Amerika dolları maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs ifadəsində bildirib ki, saxta dollarları ölkəmizdən kənarda hazırlatdırıb və dövriyyəyə daxil etmək üçün gizli yolla Bakı şəhərinə gətirib. Saxta pul nümunələrinə baxış zamanı əsginasların xüsusi peşəkarlıqla hazırlandığı, həqiqi dollardan bir o qədər seçilmədiyi müəyyən olunub.
Faktla bağlı DİN BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, istintaq saxta pulların mənbəyini araşdırır. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, alış veriş edərkən diqqətli olsunlar və şübhəli pul nümunələri ilə rastlaşdıqda dərhal yaxınlıqdakı polis orqanlarına bu barədə məlumat versinlər.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF