4 kənd Azərbaycana bu şəkildə veriləcək - Abramyan

4 kənd Azərbaycana bu şəkildə veriləcək - Abramyan
Paşinyanın Sünikə (Zəngəzur – red.) səfəri, şübhəsiz ki, respublikanı referendum prosesinə hazırlamaq məqsədi daşıyır.

Miq.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin "Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.

"Məsələ ondadır ki, Azərbaycanla əldə olunan razılaşmaya əsasən, Ermənistan hökuməti daha 4 kəndi Azərbaycana təhvil verməyə hazırlaşır. Söhbət Kərki, Tavuşda isə Sofulu, Bərxudarlı və Yuxarı Əskipara kəndlərindən gedir”, – erməni deputat bildirib.

T.Abramyan iddia edib ki, guya bu ərazilər Ermənistanın "ərazi bütövlüyü”nə daxildir və onların təhvil verilməsi yalnız referendum yolu ilə həyata keçirilə bilər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az