AB Rusiyadan qorxdu, Bakını ittiham etdi

AB Rusiyadan qorxdu, Bakını ittiham etdi
Avropa Birliyi Ermənistandakı müşahidə missiyasını genişləndirməyi planlaşdırır və bu addımı "Azərbaycanın Ermənistanın suverenliyi və ərazi bütövlüyünə təhdidə cavab” olaraq atdıqlarını bəyan edirlər. AB-nin hədəfi Rusiyanı Ermənistanda sıxışdırmaq və İrəvan üzərindən Cənubi Qafqazda möhkəmlənməkdir. Lakin səbəb kimi Rusiyanı göstərməklə Moskvanın İrəvana təzyiqinə zəmin yaratmaq istəməyən Brüssel bu gedişini Azərbaycana qarşı ittihamla "legitimləşdirməyə” çalışır.

Miq.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.

O bildirib ki, digər, xüsusilə cari plana hesablanmış səbəb isə Bakını Fransanın rəhbərlik etdiyi və erməni maraqlarının müdafiə olunduğu Qərb masasına gətirmək, sülh danışıqlarını gündəmdə olan regional platformadan çıxarmaqdır:

"Və Azərbaycana qarşı "işğalçı” ittihamları üzərindən Bakıya təziq etməyə çalışırlar. Blikenin adından ABŞ mediasında Azərbaycana qarşı irəli sürülən ittihamlarla AB-nin müşahidə missiyasını genişləndirmək planını birləşdirən nöqtə də budur”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az