AzVision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"
Suriya Ərəb Respublikasında hərbi və mülki obyektlərə
ABŞ, Böyük
Britaniya və Fransaya məxsus
hava və dəniz daşıyıcıları tərəfindən 100-dən çox qanadlı raket və "
hava-yer” tipli raketlər atılıb”, - deyə nazirlik bəyan edib.
Müdafiə Nazirliyi, həmçinin qeyd edib ki,
ABŞ, Böyük
Britaniya və Fransa tərəfindən atılan raketlərdən heç biri Rusiyanın
Suriyada
hava hücumundan müdafiə qüvvələrinin məsuliyyət daşıdığı zonaya düşməyib.
Rusiya MN bəyan edib ki,
Suriya ordusu koalisiyanın atdiği raketlərin böyük əksəriyyətini
havada zərərsizləşdirilib. İlkin məlumatlara görə, hücumlar zamanı 3 nəfər yaralanıb.
Qeyd edək ki, internetdə Dəməşqə endirilən raket zərbələrinin görüntüləri yayılıb.