“Rusiya üçün yeni təhlükə yaranıb” – Putindən diqqətçəkən açıqlama

“Rusiya üçün yeni təhlükə yaranıb” – Putindən diqqətçəkən açıqlama

Rusiya Prezidenti Vladimir Putin demokratiyanın güc yolu ilə tətbiq oluna bilməyəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, Putin Əfqanıstanda baş verənləri "fəlakət” adlandırıb.

"Bu, tək mənim yox, ABŞ analitiklərinin də razılaşdığı bir məsələdir”, - Rusiya lideri bildirib.

Putin qeyd edib ki, demokratiya bir xalqa zorakılıq yolu ilə tətbiq edilə bilməz və insanlar demokratiyanı istəyirlərsə, bunu özləri əldə edəcəklər.

Rusiya başçısı bildirib ki, Əfqanıstanda xalq birləşməlidir və siyasi hakimiyyəti qanuniləşdirmək məsələsi birlikdə həll edilməlidir. Onun fikrincə, terrorizm və narkotik alverindən qorunmaq üçün Əfqanıstan məsələsinin həllində birlikdə hərəkət etmək lazımdır.
O, Talibanın Əfqanıstanın demək olar ki, bütün ərazisinə nəzarət etdiyini söyləyib.

"Sovet qoşunları da Əfqanıstandan çıxdı, amma bunu mütəşəkkil şəkildə həyata keçirdilər. Sovet qüvvələri geri çəkiləndən sonra oradakı rejim hər halda bir neçə il hakimiyyətdə qaldı”, - Putin vurğulayıb.

Putin dünyada nizam-intizamın qorunması üçün BMT və BMT Təhlükəsizlik Şurasının beş üzvünün məsuliyyət daşımalı olduğunu, amma bundan kənardan standartlar tətbiq etmək siyasətinin hələ də davam etdiyini deyib.

Putin Əfqanıstandakı vəziyyətin qonşu Asiya ölkələri və Rusiyanın özü üçün də təhlükə yaratdığını bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az